Dünyanın 10 Ən Bahalı Telefonu

Çəhrayı Briliantlı iPhone 4G – 8 Milyon Dollar

Ən bahalı iPhone 4G smartfonu ümumi həcmi 100 karat olan 500 qüsursuz çəhrayı brilyantla bəzədilmişdir. Arxa panel çəhrayı qızıldan hazırlanmışdır və Apple loqotipi 53 çəhrayı brilyantla örtülmüşdür. Qurğunun yeganə düyməsi platindən hazırlanmışdır və 7,4 karat həcmli böyük çəhrayı brilyantla bəzədilmişdir. Bu daşı nadir 8 karatlıq brilyanta dəyişmək mümkündür. Ən bahalı iPhone 4G smartfonu iki nüsxədə hazırlanmışdır, dəyəri isə nə az, nə çox 8 milyon Dollardır. Telefon 7 kq bütöv çəhrayı qranitdən və dəridən hazırlanmış qutuda təslim edilir.

Goldstriker iPhone 3GS Supreme – 3,2 Milyon Dollar. 

Dizayner Stüart Hyuzun əl işi olan bu dəbdəbəli qurğu dünyanın ən bahalı telefonlarından biridir. 2009-cu ildə hazırlanan Goldstriker iPhone 3GS Supreme telefonunun dizaynında 271 qram qızıl və 200 brilyantdan istifadə edilmişdir. Arxa paneldə yerləşən Apple loqotipi 53 brilyantla vurğulanmışdır. Ön paneldə yerləşən düymə isə 7,1 karat brilyantla örtülmüşdür

GoldVish Le Million- 1.3 Milyon Dollar

Emmanuel Gueitin dizaynı GoldVish Le Million bahalı telefonlar onluğunda üçüncü yerdədir. 2008-ci ildə Ginnesin rekordlar kitabına düşmüş bu telefon 20 karat almaz və ağ qızılla bəzədilmişdir. Goldvish Le Million telefonunda 2 Gb yaddaş, FM radio, rəqəmsal kamera, mp3 pleyer və Bluetooth mövcuddur. Goldvish Le Million fərdi sifariş əsasında dizayn edilir.

  

Diamond Crypto Smartphone – 1.3 Milyon Dollar

Piter Aloyssonun dizaynı olan Diamond Crypto Smartphone-u Moskvada yerləşən Ankort Şirəti yığmışıdır. Telefonun korpusu platindən hazırlanmışdır, 50 brilyantla bəzədilmişdir. Telefonun kənarlarına 10 nadir mavi brilyant əlavə edilmişdir. Texniki xüsusiyyətlərinə gəldikdə isə qurğu SMS və MMS xidmətlərini dəstəkləyir, internetə girişi təmin edə bilir. Bu bahalı model Windows CE əsasında çalışır, TFT displeyə və 4000 nömrəni saxlama imkanı olan yaddaşa sahibdir.

  

  

  

Vertu Signature Cobra- 310.000 Dollar

Bu lüks qurğunun istehsalçısı fransız zərgəri Boucherondur. Vertu Signature Cobra telefonları məhdud istehsal hesab olunur, indiyədək ancaq 8 kobra telefon hazırlanmışdır. Telefonun dizaynında 439 yaqut, 2 brilyant və göz forması verilmiş iki zümrüddən istifadə edilmişdir. Bu telefonun daha ucuz variantı kimi istehsal edilən Vertu Signature Phyton-u 150 min Dollara əldə etmək mümkündür.

  

  

VIPN Black Diamond Smartphone- 300.000 Dollar

VIPN Black Diamond smartfonu ən bahalı telfonlar siyahısında altıncı yeri tutur. Caren Qoy tərəfindən hazırlanan bu telefon titan və polikarbonatla örtülmüş və brilyantla bəzədilmiş korpusa sahibdir. Bu mobil telefonun 400 Mhz-lik İntel prosessoru, 4 megapikselli kamerası, TFT ekranı, 128 Mb daxili yaddaşı, 2 Gb-lıq yaddaş kartı, Wi-Fi və Bluetooth-u vardır.

 

 

 

 

 

iPhone Princess Plus- 176.400 Dollar

Piter Aloyssonun dizaynı iPhone Princess Plus siyahıda yeddinci yeri tutur. Telefonun adı korpusda istifadə edilən xüsusi şahzadə-kəsimli brilyantların istifadə edilməsi ilə bağlıdır. Korpusda istifadə edilən 318 brilyantdan 138-i bu xüsusi şahzadə-kəsimlə formalşdırılmışdır. Korpusda ümumilikdə 17.75 karat brilyantdan və 18 karat ağ qızıldan istifadə edilmişdir. Iphone Princess Plus telefonunun 66.150 Dollar dəyərində olan digər ucuz variantında istifadə edilən brilyantlar xüsusi şahzadə kəsimli deyil.

 

Vertu Diamond- 88.000 Dollar.

Vertu Diamond top 10 bahalı telefonlar siyahısında səkkizinci yeri tutur. Adından da anlaşıldığı kimi telefonun korpusu 18 karat brilyantla örtülmüşdür. İndiyədək 200 ədəd istehsal edilən bu telefon ancaq fərdi sifariş əsasında hazırlanır. Telefonun sarı,mavi, qara, qəhvəyi və bürünc rəngli modellərinə də rast gəlmək olar. Yüksək qimətinə baxmayaraq Vertu Diamond telefonunda GPRS, EDGE, 3G, WLAN, Bluetooth texnolgiyalarından istifadə edilməmişdir

 

 

 

 

Motorola V220 Special Edition- 51.800 Dollar.

Motorolla lüks mobil telefonlar seqmentində Motorolla V220 Special Edition-ı istehsal edərək özünə yer tapdı. 51.800 Dollar qiyməti olan bu telefon Avstiya dizayneri Piter Aloysson tərəfindən hazırlanmışdır və daha çox qadına yaraşan tərzdə işlənilmişdir. Ön panel 1200 brilyantla örtülmüşdür. Klaviatura 18 karat qızılla işlənmişdi

 

 

 

 Ağ brilyantlı iPhone 4G – 26.200 Dollar

Hyuzun təqdim etdiyi möhtəşəm telefon korpusunun sərhədləri ümumi həcmi 8,5 karat olan parlaq brilyantlarla bəzədilmişdir, arxa paneldə yerləşən Apple loqotipi də briliantlarla örtülmüşdür. Telefonların hər birinə timsah və straus dərisindən olan üzlük əlavə edilmişdir. Bahalı iPhone 4G smartfonu yalnız 50 insana nəsib olacaq, modelin dəyəri isə 17 min funt sterlinq, təxminən 21 min manatdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: