Məzara niyə çiçək qoyulur?

Heç düşündünüzmü, niyə bir insan vəfat edəndə onun məzarına gül-çiçək qoyulur? Bu suala aydınlıq gətirmək üçün qəbir üstə gül düzülməsi adətinin ilk dəfə harda yaranmasından və ümumiyyətlə, məzara gül düzülməsinin anlamından bəhs edəcəyik.

Gül-çiçək pis ruhları qovur? Arxeoloji qazıntılar zamanı qədim məzarlarda çiçək izinə çox nadir hallarda rast gəlinir. Aydın məsələdir, çünki, çiçəklər çox incədirlər və tez quruyub məhv olurlar. Ona görə də yüzillər sonra onların qalığına rast gəlmək olmaz. Amma istisna hallar da olur. Arxeoloji tapıntılara görə, ilk dəfə məzara çiçək düzülməsi adəti Misirdə yaranıb. Misir fironu Tutanhamonun eradan öncə 1346-cı ildə öləndə məzarının çiçəkdən əklillərlə bəzədildiyi məlum olub. Şimali Avropada isə miladdan öncə 2000-ci illərə qədər məzara çiçək qoyulduğu aşkarlanıb. O zamanlarda bu çiçəklərin məzara düzülməsində məqsəd yaxşı ruhları çəkmək, pis ruhları qovmaq olub.

Araşdırmaçıların söylədiyinə görə, güllərin məzara qoyulmasının digər bir səbəbi də cəsədlər çürüyərkən çıxan qoxunu ört-basdır etmək məqsədi olub. Deyə bilərsiniz ki, güllərin nə qədər ömrü var ki, cəsəd iyini də örtsün? Mütəxəssislər belə düşünmürlər. Araşdırmaçı Seyran Ağayev deyir ki, qədim Misirdə bunu da düşünən insanlar ətri uzun müddət qalan ağacların çubuqlarından və çiçəklərindən istifadə ediblər. Məzarlıqda sərv ağaclarının çox əkilməsi də bu səbəbdəndir. Bu ağac gözəl iy ifraz edir. Sərv ağacının odununu yandıranda çox gözəl ətir yayılır. Yağış yağanda, ağac yaş olanda da bu iy saçılır. Bəlkə də çoxlarınız məzarlıqdan qorxursunuz, amma sərv ağaclarının gözəlliyi, yaydığı rayihə bu qorxunu bir az azaldır.

Ayrıca, bizim ölkəmizdə becərilməyən bir çox ağaclar da var ki, onların qabığından, budaqlarından və kökündən ətir və müxtəlif qoxulu aksessuarlar hazırlanır. “Buxur” və ya “blaqoveniye” adını eşitmiş olarsınız. Bu ətirli çubuqlar sözügedən ağaclardan hazırlanır. Cənazə evinə əklil və ya gül gətirilməsi az qala bütün xalqların mədəniyyətində var. Seyran Ağayevin sözlərinə görə, qədim mədəniyyətlərdə bir insan vəfat edəndə digər insanlar bunu normal qarşılayırdılar: “İnsanlar hələ o zaman anlayırdılar ki, insanın ölməsi onun yox olması demək deyil. Əgər içimizdən biri vəfat edirsə, bu yalnız dünyadan-dünyaya keçid deməkdir. Ölən onun bədənidir, cismidir, ruh isə əbədi var. Qədim mədəniyyətlərdə (məs. şumerlərdə, hindlilərdə, şaman türklərdə və s.) bunu anlayan insanlar ölümü toy-bayram kimi qəbul edirdilər, ruhun azadlığını alqışlayırdılar, bədənini dəyişən ruhun yeni həyatının olacağına inanırdılar. Elə buna görə də məzara gül-çiçək düzürdülər, bayram əhvalı yaratmaq üçün”.

Məzara gül qoyulması İslam adəti deyil! Müsəlman din xadimlərinin sözlərinə görə isə, məzara gül-çiçək qoyulması, cənazə evinə əklil və ya çələng aparılması adəti xristianların adətidir və müsəlmalığın caiz bir adət deyil. Şərqşünas Hacı Seyid Camal da Milli.Az xəbər portalına açıqlamasında bu bilgini təsdiqlədi: “Məzar üzərinə çiçək, çələng, əklil qoyulması ənənəsi İslamda olmayıb. Yəni, bu, İslama xas bir adət deyil. Əslində, bu adət o qədər də vacib bir şey deyil. Bunun yerinə vəfat edənin ruhuna dualar oxumaq, onun ehsanına acları doyurmaq daha savab sayılır. Təbii ki, məzara qoyulan güllər ölənə ehtiramın göstəricisidir, amma hər şeyin ifratı cansıxıçıdır.”

8 Şərh (+sizinki əlavə edilsinmi?)

  1. VUQAR
    Fev 23, 2011 @ 12:14:37

    men bilirem ki,cicekler heyatin maragidir,ancaq menasiz deyerlere serf olunmasa.axi niye hec kim bunu derk etmir ki,cicekler her seydir.onlari niye mezarlara,faciyevi yerlere,qem-keder icine qonaq edirler?men hec vaxt ciceklerin aglamasina heyatdan yol vermezdim!cicekler insan heyatina reng qatan en duygusal varliqlardir!onlari deyerlendiren de,terk eden de bizik—insanlardir ve ne zamansa cox guman ki,bunu derk edeceyik!kimin cicekler haqqinda fikri varsa yazsin imza:236 sayli mekteb 8*-sagirdi elaci qiz.M.G!!!!!!!!!!!!!!23.02.2011-16:15

    Cavabla

    • zoluwka
      Fev 26, 2011 @ 22:28:04

      Burda kim dedi ki cicekler menasiz deyerlere serf olunur ya da bawqa bir wey? Cox xahiw edirem 1-ci yazilan metn diqqetli oxunulsun, sonra mentiqli fikir bildirilsin! yoxsa yerli yersiz, dexli oldu olmadi fikir yazmaq lazim deyil!!!!

      Cavabla

  2. vuqar
    Mar 06, 2011 @ 18:24:47

    bilirsiniz ne var?men hec metni oxumamisdim. sadece buraya serh yazmaq lazim oldugunu anladim ve bu sizi ciddi narahat edirse bir daha buraya fikir yazmaram.inanin ki,qelbimi qirdiniz nece ki,bu ciceklerin qelbi qirildigi kimi,eybi yox ne vaxtsa size de bele sozler deyende o zaman mene dediyinizi anlayacaqsiniz,yene de sagolun!!!!!!!!!!!!!!

    Cavabla

    • zoluwka
      Mar 27, 2011 @ 13:34:46

      Bes siz bilmirsiniz ki, insan birinci metni oxuyar , sonra werh yazar.. Beli menim bloquma bele dexli olmayan werhler yazanda xowlamiram!Cunki sizinde werhden bele cixdi ki, men burada ki cicekler haqqinaki movzum tamam yanlisdir, buna gore de bu meni cox eseblesdirdi. Ona gore mende bildirdim ki 1ci oxuyun sonra duzgun fikir bildiririn.he sonrasida ki, men heckime qarwi heyatda duzgun olmayan fikir bildirmirem ki,her yeten menim qelbime deysin bu ola bilmez!!! Hemde men qelb sindirmagi hec sevmirem!!! Eger dediyinize gore sizin qelbinize coox deymiwemse uzr istyirem!! Sagolun!!!!!!

      Cavabla

  3. VÜQAR
    Mar 28, 2011 @ 09:55:46

    ayyyyyyyyyy.necədə incəsiniz!!!!!!!!!!bağışlayın yəqin oxuya bilmirəm dəəəəə!!!!!!!!!o,günah sayılır ki,……………………….siz də sağolun və bir daha bura yazmayacam söz verirəm!!!!!!!!!!!bax söz verirəm haaaaaaaaaaaaaaaaaa!

    Cavabla

    • zoluwka
      Apr 02, 2011 @ 16:16:42

      Allah bagiwlasin… Calisin oxumagi oyrenesiniz!!!!! Siz bilmirem neyi nezerde tutursunuz amma heyatda gunah olan cooox weyler var… Oldu nece isteyirsiniz.Ugurlar heyatda size!! Bax oxumagi oyrenmeyi unutmayin!!!!!!!😉

      Cavabla

  4. VÜQAR
    Apr 06, 2011 @ 09:03:41

    ok!!!!!!sizə görə oxunağı və yazmağı öyrənərəm!söz! amma,buna gəlincə mən tələbəyəm və 675-balla bakı dövlətə qəbul olmuşamsa …………..nəysə sənə də uğurlar!!xanım qız!!!!!!!!!!!!!!!!!

    Cavabla

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: