2012-yə az qaldı!!!

Yer kürəsi və Qalaktika oxundan çıxacaq

Sağ qalmağa ümid varmı?

Əgər indi Google sistemində ən çox hansı mövzunun axtarıldığı ilə maraqlansanız, yalnız bir cavabı alacaqsız: 2012. Axtarış sisteminə «2012» daxil etməyiniz kifayətdir ki, düz 200 milyon məlumat çıxsın. Hamısı da qorxu, həyəcan və təşviş dolu. Məhz bundan ilhamlanaraq, rejissor Roland Emmerix  İlin ən dəhşətli, ən gözlənilən filmini çəkdi: 2012-Qiyamət.  Filmin premyerası günü istər digər ölkələrdə, istərsə də bizim Azərbaycan kinoteatrının qarşısında son illərdə görünməyən növbə yarandı. Filmin 1 həftəlik biletləri əvvəlcədən satılıb qurtarmışdı. Doğrudanmı, Yer Kürəsi öz ömrünü bitirəcək?  Dekabrın 31-də saatlarımızın əqrəbləri 12-ni vuranda, təkcə 2010-cu ili sevinclə qarşılamayacağıq, biz həm də sirli 2012-yə daha bir il yaxınlaşacağıq… Düşünmək belə dəhşətlidir… Nəyə görə insanlar Qiyamət haqda bu qədər çox danışır, düşünür? Bunun iki izahı var: ya onlar həyatlarının yaxşılaşmasına ümid edir, ya da belə həyatdan beziblər. Öz yaşayışlarının quluna çevrilmiş insanlar bir gün hər şeyin bitəcəyini nəinki gözləyir, hətta arzulayırlar da.

H
ər şey qədim Mayya sivilizasiyasından bizə  qalmış  təqvimin üzə çıxmasından sonra başladı…

Meksikanın Antropologiya muzeyində qorunan «Günəşin daşı» adlı təqvim bazalt-monolit daşından olub, 3,5 metr diametrdə, 24 ton çəkidədir. Əvvəl o rəngli olub. Daşın mərkəzində Tonatiy Mayya – Allah Günəş, onun ətrafında isə  4 nəhəng epoxaların simvolu çəkilib. Təqvimdə 2 tarix xüsusi işarələnib: 20 may və 21 dekabr 2012.

Mayın 20-si Günəş tutulacaq, elə buradan da planetar faciələr start götürəcək və dekabra qədər sürətlə davam edəcək. Ondan sonra… Ondan sonra heç nə yoxdur. Heç bir rəqəm, heç bir simvol.

Mayyalılar  hesab edirdi ki, bəşəriyyət ilahi tsikllər çərçivəsində dövr edir. İlk insan yaranandan artıq 5 tsikl və ya onların dilincə desək, «Günəş dövrü(epoxası)» yaşanıb. İndi insanlar, elə mayyalıların özləri də V Günəşdə yaşayır. Əvvəlki epoxalar dəhşətli fəlakətlər nəticəsində Yer üzündən silinib.

I Gün
əş – 4008 il davam edib və 3 böyük zəlzələ ilə dağılıb. Əhalisini yaquarlar (və ya dinozavrlar) yeyib.

II Gün
əş – 4010 il davam edib, qara küləklə məhv olub.

III Gün
əş – 4081 il davam edib, odlu yağış, vulkan və krater püskürməsindən yanıb.

IV Günəş – 5026 il sürüb və subasma nəticəsində dağılıb. (Nuhun tufanı)

V Gün
əş – bizim epoxadır ki, hələ davam edir. Onu mayyalılar «Hərəkət Günəşi» adlandırıb. Çünki bu epoxada fəlakətlər Yerin öz oxundan çıxması nəticəsində yaranacaq. Mayyalıların araşdırmasına görə, bu tsikl  eramızdan əvvəl 3113-cü ilin 13 avqustundan başlayıb. V Günəş artıq qocalıb, o, öz ömrünün son akkordlarını vurur.

Mayya xronologiyasına görə, V Günəş dövrü eramızdan əvvəl 3114-cü ilin 12 avqustunda başlayıb və 2012-ci il dekabrın 12-də bitəcək. Ondan sonra Yerdə yeni epoxa-VI Günəş dövrü başlayır.

Kimdir Mayyalılar?

İndiki Meksika ərazisində, bizim eranın V və X əsrlərdə mövcud olmuş Mayya  əslində, başqa sivilizasiyanın nümayəndələridir. Onlar zamanı idarə etməyi bacarırmışlar.

Bu qəribə sivilizasiya öz texniki inkişafı və mədəniyyəti ilə Misir və Yunanıstanla bərabər tərəziyə qoyula bilər. Tİkdikləri  ehram, məbəd və piramidalar möhtəşəmliyinə görə Misir piramidalarından geri qalmır. Mayyalılar özlərindən başqa hər kəsə qarşı amansız və qəddar idilər. Digər tayfaların insanlarını əsir götürüb, Allahlarına qurban kəsirdilər. Yüksək məbədin başında, , minlərlə insanın gözü qarşısında qurbanın başı kəsilir, ürəyi çıxarılırdı. Baş 35-40 metr hündürlükdə məbədin pilləkənləri ilə dığırlanıb düşürdü. Qəribədir ki, eramızın əvvəlində mayyalıların müasir futbola bənzər oyunları vardı. Top əvəzi isə kəsilmiş başdan istifadə olunurdu. Bu, tükürpədici səhnələr Mel Gibsonun «Apokalipsis» filmində dahiyanə təsvir olunub. Astronom, astroloq, fizik kimi tanınan mayyalıların belə qəddar və vəhşi davranışı sübut edir ki, onlar həqiqətən başqa planetdən gəlidkləri üçün adi insanları qəbul edə bilmirdilər.

Apokalipsis

İngiltərəli Lourens Cozef «Apokalipsis 2012» kitabında nə qədər optimist olmağa çalışsa da alınmadı. Mayya vurğunu Cozef təqvimin izi ilə gedir:

«2000 il əvvəl yaranmış Mayya təqvimi öz dəqiqliyi ilə müasir astronomları heyrətləndirir. O, Ay (qəməri) ili ilə hesablanıb. Təqvim 2012-ci ilin 21 dekabrında bitir. Həmin tarixdə Günəş sistemi, yəni Yer və 9 planetin olduğu qalaktika Süd yolunun mərkəzində baş verən dəyişiklik sayəsində məhv olacaq. Bu proqnozun nəyə əsaslandığını tapmaq alimlərə müyəssər olmayıb. Onlar belə bir təhlükə olmadığını bəyan edir. Amma Lourens mayyalıların tərəfindədir: Kainatda  hətta kiçik enerji qapanma fasiləsi Günəş sistemini öz oxundan çıxaracaq və onun kosmik fəzada xaotik hərəkətinə səbəb olacaq. 21 dekabr- Günəşin qış vaxtına keçid günündə Süd yolu (Kəhkəşan) və Günəşin mərkəzini birləşdirən xəttlə, Qalaktika və Yerin mərkəzini birləşdirən xətt kəsişəcək. Bu kosmik təzad hər 26.000 ildə bir dəfə baş verir. Belə bir kəsişmənin sakit keçəcəyini güman etmək olmaz. Bir kosmik rəqs bitəcək, o birisi başlayacaq».

Siqnallar 25 il əvvəl başlayıb!

1987-ci il, fevralın 23-də, Qrinviç vaxtı ilə gecə saat 3-də astronomlar yeni Böyük Megellan ulduzunun alışmasını qeydə aldılar. O, bizim Qalaktikadan 200 min işıq ili məsafə aralıda yerləşir. Nəinki kosmik aparatlar, həmçinin optik teleskoplar tərəfindən qeydə alınan partlayışın intensivliyi elmi teoriyada təsdiq olunmuş hesablamardan 2 dəfə çox idi. Alimlər təşvişə düşdülər: bəlkə nəyisə səhv hesablamışıq? Amma yox… Hər şey düz idi. Naməlum enerji partlayışının zərbəsi Yer və Günəşi elə silkələdi ki, 1 sutka sonra Günəşin aktivliyi və Yerin öz oxu ətrafında fırlanması intensiv artmağa başladı. Məhz ona görədir ki, fəsillərdə dəyişiklik hiss olunur. Aylar və illərin sürəti qarşısında isə təqvimlər belə acizdir.

Məşhur öncəgörücülər  də 2012-dən qorxur!
Maykl Qordon

O, 1998-2012- ci illəri «Bədbəxtliklər dövrü» adlandırıb. «Yerin maqnit qütbləri dəyişəcək, bu da Yerin kökünü – mantiyanı yerindən tərpədəcək. Dünyada səbəbi bilinməyən epidemiyalar tüğyan edəcək, insanın elektromaqnit balansı pozulacaq».

Qordonun 1996-cı ildə çap olunmuş «Gələcəyin xəritəsi» kitabından:

Batmış Atlantida özü üzə çıxacaq

    Maqnit qütblərinin yerdəyişməsindən sonra Avropa əhalisinin əsas sığınacaq yeri Sibir olacaq. Antarktidada yaşıl bağlar salınacaq.

    Afrika qitəsinin şimal hissəsinin yerləşdiyi nəhəng Qizo lövhəsi Sfinks və piramidalarla birgə okeanın dərinliyinə çökəcək.  

    Mərkəzi Amerikadan yalnız dəniz səviyyəsindən 500 metr hündürlükdə olan ərazilər salamat qalacaq. Cənubi Amerika vulkan və zəlzələdən kül rənginə bürünəcək.

    Antarktida buz örtüyündən azad olub, yaşayış üçün yararlı olacaq.

    Asiya «odlu üzüyə» bənzəyəcək, çünki ən aktiv seysmik bölgələr bura daxildir.

    Avropanın şimal hissəsi su altında qalacaq. Norveç, İsveç, Finlandiyanın yerində cılız adalar yaranacaq.

    Məhz bu qlobal tektonik kataklizmlərdən sonra 12 min əvvəl izsiz yoxa çıxmış Atlantida  Atlantik okeanından üzə çıxacaq.

Edqar Keysi

Dahi loğman Edqar Keysinin həyatı barədə yazmışdıq, amma onun proqnozlarından xəbər tutmağın məqamı indi yetişdi.

1920-ci illərdə verdiyi XXI əsrə aid proqnozlarında deyilir:

III Dünya müharibəsi görmürəm, əvəzində dəhşətli fəlakətlər gözlənilir. Qlobal istiləşmə soyuq iqlimi tropikə çevirəcək. Amerikanın böyük hissəsi su altında qalacaq. Havay vulkanları oyanacaq. Yeni yaranacaq sivilizasiyanın mərkəzi Şərqi Sibir olacaq. Keys bəyan etmişdi ki, o özü də 2100-cü ildə Nebraksda yenidən doğulacaq və verdiyi öncəgörmələrin nəticəsini şəxsən yoxlayacaq. Deməli, 2100-cü ildə Yerdə həyat olacaq.

Artur Klark
– məşhur ingilis yazıçısı, «Kosmik Odisseya» əsərinin müəllifi. Onun əsərlərindəki əksər hadisələr olduğu kimi dəqiq vaxtında gerçəkləşib. Artur hələ II Dünya Müharibəsində iştirak edərkən XX əsrin texniki kəşfləri barədə proqnozlar vermişdi: raket və təyyarələri axtaran radiolakasiya, kosmosda sputnik, Ümumdünya kitabxanasının yaranması (bu internetdir), süni ağılın yaradılmasına cəhd, Aya insan uçuşu, insanın klonlaşdırılması və s. O, 2010-cu ildən sonra Yerin vəziyyətini belə görür:

    2010-da kvant generatorları yaranacaq.

    2012 – kosmik təyyarə uçuşları.

    2014 – kosmik mehmanxananın açılışı.

    2020 – süni intellekt insan dərrakəsinə bərabər olacaq

    2021- Marsa insan köçürülməsi

Beləcə, Artur Klarkın proqnozları ta 2090-cı ilə kimi davam edir. Deməli o, 2012-də dünyanın sonu olacağını təsəvvürünə gətirməyib. Doğrudan da, bu qədər texniki inqilabı yaşamadan dünyanın sonu necə çata bilər?  

Planetlərin paradı:

Bu kosmik hadisə 1995 və 2000-ci illərdə də olmuşdu. Elə o vaxt da alimlər həyəcanlı anlar yaşadı. Bəs budəfəki paradın o adi paraddan fərqi nə olacaq? İş orasındadır ki, 2012-nin 21 dekabrında nəinki Saturn, Yupiter, Mars, Ay, Günəş, Yer bir xətt üzrə düzüləcək, üstəlik, digər ulduz sistemlərinin planetləri də həmin xəttə köklənərək, Qalaktikanın mərkəzində işıqlı bir ox kimi görünəcək. Təsəvvür edin ki, Yer üzündə bütün mövcud saatların əqrəbləri eyni vaxtda 12-nin üzərində dayanıb. Kainatın bir sistemdən digərinə keçidi qaçılmazdır.

Bəlkə də təsadüfdür!

    Hinduların təqvimi – Çeroki 2012-də bitir.

    Hindu qəbiləsi Zulu inanırdı ki, 2012-də Yer başı üstə çevriləcək.

    XXI əsrdə indusların Kali-Yoqa adlı dövrü bitir, sonra dünyanın təzələnməsi baş verir.

    Misir təqvimi 2012-də bitir.

    İnklər 2012-ni «öz-özünlə görüş»,  asteklər isə 6-cı Günəşin doğuluşu adlandırıb.

    Bibliyada 2012-ci il dekabrın 21-i dünyanın sonu kimi göstərilib.

    Slavyanların qədim Kolyad təqviminə görə, 2012-də Tülkü erası – yalan, hiyləgərlik, münaqişə dolu yerini Canavar erasına verəcək. Canavar meşənin sanitarıdır, o Yeri təmizləyəcək. Lakin, bu, dünyanın sonu deyil.

Sonumuz?

Heç bir sivilizasiya axıra kimi və istədiyi qədər yaşaya bilməz.  Yaşadığımız Planet bizim fikir və hisslərimizə qarşılıq verir. biz onu dağıtmağa yetəcək qədər mənfi enerji ilə yükləmişik .Yer əhli gərək seçim etsin: onlar mənəvi-ruhi baxımdan məsuliyyətlərini dərk edib, Yerdə yaşamaq haqqı qazanmalıdırlar. İnsanlıq yeni,  İşıq dövrünün ritminə uyğunlaşmalıdır. Hər şey sıfırdan başlanacaq.

P. S. Bizm fikirl
ərimiz  işıq sürəti ilə kosmosa gedir. İnam və söz enerjisi möcüzələr yaratdığı kimi dağıdıcı da ola bilər. Əgər eyni zamanda 200 milyon (bəlkə də daha çox) insan mənfi fikirlərə köklənib, dünyanın sonunu təhlil edirsə… Onda biz öz fikirlərimizlə öz sonumuzu yaxınlaşdırmış olacağıq. Bəlkə elə düşünüb, elə danışıb, elə yaşayaq ki, planetimizin ömrü daha bir neçə min il uzansın?! 

Bir şərh yazın