Ermənistanda Mübariz İbrahimov haqda danışmağa yasaq qoyulub.

54 erməni əsgərini təkbaşına öldürən və 2 erməni generalını istefa vermək məcburiyyətində qoyan Milli Qəhrəmanımız haqda yeni faktlar ortaya çıxıb
QayNar: Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı yeni şok məlumatlar yayılıb. Qaynar.info Canaz.TV-ə istinadən xəbər verir ki, Mübariz İbrahimov 5 saat təkbaşına döyüşərək 54 erməni əsgərini öldürüb. Ermənistan Müdafiə Nazirliyinin 2 general və 8 zabitinin ordudan qovulması Azərbaycan əsgəri qarşısında ermənilərin acizliyi ilə izah olunur. Bu əsnada isə Mübariz İbrahimovun şəhadəti ilə yeni bir xəbər də gündəmə gəlib. Bu barədə yayılan xəbərlərdə deyilir ki, iyunun 18-dən 19-na keçən gecə baş vermiş döyüş nəticəsində Milli Qəhrəman təkbaşına cəbhə xəttini yararaq düşmənin arxasına keçməyi bacarıb. Ardından isə Çaylı kəndinin içində yerləşən düşmənin hərbi hissəsinə daxil olaraq oradakı silah anbarını partladıb.
Partlayış nəticəsində düşmənin 54 əsgərinin öldüyü bildirilir. Yayılan xəbərlərə görə, Mübariz partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzindən çıxa bilməyib. Tək olmasına baxmayaraq, döyüşdən qaçmayan Milli Qəhrəmanımız 5 saat qeyri-bərabər qarşıdurmada duruş gətirməyi bacarıb. Bu zaman daha 5 düşmən əsgərini yerindəcə öldürən, 4-nü isə ağır yaralayan Mübariz Çaylı kəndinin içində pusquya salınıb.
Hər tərəfdən sıxışdırılan qəhrəman əsgərimiz kəndin içindəki tikanlıməftillərdən ibarət maneəni keçə bilmədiyindən bir qədər ləngiyib və həmin ləngimə zamanı ermənilərin açdığı kütləvi atəşə məruz qalıb. Nəticədə, başından və sol ərəfindən aldığı 3 güllə yarasından dünyasını dəyişib.
Qeyd edək ki, Mübariz İbrahimovun odnoklassnik.ru saytında yayılmış şəkillərindən də aydın görünürdü ki, güllələr əsasən onun sol böyründən dəyib. Hadisənin kəndin içində olduğu isə şübhəsizdir. Çünki çəkilən fotoşəkillərdən də aydın görünür ki, qəhrəman əsgərimiz kəndin içinədək döyüşə-döyüşə gəlib.
Etiraf edək ki, əsgərimizin bu qədər ermənini təkbaşına öldürməsi bəzilərində şübhə yaratsa da ortada hərbi hissənin partladılması faktı var, deməli bundan da artıq ölüm halının ola biləcəyi mümkündür. Çünki silah anbarının partladılması təkcə onu qoruyan 10-a yaxın əsgərin ölümü deməkdir. Və partlayışın yaxınlığa təsiri də diqqətdən qaçmamalıdır. Amma maraqlı xəbərlər bununla da bitməyir. Bu əsnada məlum olub ki, hadisədən dərhal sonra Ermənistan tərəfi faktla bağlı cinayət işi qaldırıb. Ermənistan Hərbi Prokurorluğunun yaydığı məlumatda isə deyilir ki, Çaylı kəndində baş vermiş hadisə zamanı 6 əsgər ölüb, 4-ü isə yaralanıb. Amma bu məlumatın yalan olduğu barədə xəbərlər yayan erməni mətbuatı bildirir ki, ölüm hallarının sayı çoxdur və İrəvan hökuməti baş vermiş hadisədən ciddi şəkildə narahatdır.
Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi bu yaxınlarda geniş kollegiya iclası keçirib. Müdafiə naziri Seyran Ohanyan həmin tədbirdə çıxışı zamanı bütün hərbçiləri ağır şəkildə təhqir edərək, onlardan daha ayıq olmağı tələb edib. Məlumatlarda o da iddia olunur ki, Ohanyan bir Azərbaycan əsgərinin təkbaşına belə bir hadisə törətməsinin qarşısını almağa gücləri çatmayan generallardan istefa vermələrini tələb edib. Ardından isə 2 erməni general ordu sıralarından istefa verdiyini açıqlayıb.
Nəzərinizə çatdıraq ki, bu artıq rəsmi qaydada təsdiqlənmiş faktdır. Həmçinin o da məlumdur ki, təkcə iki general yox, daha 8 yüksək çinli erməni zabiti də ordudan qovulub. Bundan başqa, Mübariz İbrahimovun ərazisinə daxil olduğu hərbi hissənin komandirinin isə yaxın günlərdə həbs olunacağı gözlənilir.
Bu arada başqa bir məsələni də diqqətnizə çatdırmaq yerinə düşərdi. Belə ki, ermənilər iyunun 19-dan bəri Mübariz İbrahimovun nəşinin onlarda olmadığını iddia edirlər. Lakin yayılmış son fotoşəkillərdən tam aydın oldu ki, düşmənlər Milli Qəhrəmanımızın nəşini əllərində girov saxlayıblar. Bunu növbəti dəfə inkar edən ermənilər vəziyyətdən çıxmaq üçün başqa bir bicliyə əl atmağa çalışıblar ki, onun da effektiv olmadığı üzə çıxıb. Bu yaxınlarda Azərbaycan telekanallarında da yayılmış videogörüntülərdən belə məlum olur ki, Mübariz İbrahimov guya, səngərdə vurulub. Halbuki fotoşəkillərlə videoçəkilişlər arasında ciddi fərqlər var və bu onu göstərir ki, erməni tərəfi bir sıra hiyləli planlarını həyata keçirmək istəyir. Həmin hiyləli planlardan biri də odur ki, əsl həqiqət üzə çıxarsa, Ermənistanın öz içində ciddi problemlər yaşana bilər. Həmçinin beynəlxalq təşkilatlara da göstərməyə çalışırlar ki, Azərbaycan əsgəri onlara hücum edərək, döyüşdə ölüb və onun nəşi erməni tərəfində deyil.
Əslində, ermənilərin bu hərəkəti onların necə şərəfsiz və alçaq bir millət olduqlarını bir daha təsdiqləyir. Müharibə qanunlarına görə, döyüşdə həlak olmuş əsgərlərin döyüş sahnəsindən götürülməsi qadağan deyil. Hətta bunun üçün atəşkəs belə elan olunur. Amma ermənilər insanlığa yaraşmayan və insanlıq üçün qara ləkə olduqlarından Milli Qəhrəmanızımın nəşini belə vermək istəmirlər və onu gizlətməyə çalışırlar. Bu da aydındır, çünki Mübiraz necə deyərlər onlara təkbaşına onlara dağ çəkdi, ermənilər hələ də biz də bu cür əsgərlərin yetişdiyini həzm edə bilmirlər. Bu onlara daha bir siqnal olmalıdır, çünki Azərbaycan ordusunda Mübiraz kimi oğullarımız çoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: